Tanınmış aparıcı Aytən Səfərovanın işdən çıxarılması ilə bağlı məlumatlar yayılıb.
BUTA.TV xəbər verir ki, yayılan məlumatlarda istintaq davam etdiyi üçün aparıcının işə geri dönməsinin məqbul sayılmadığı, onun işdən çıxarıldığı iddia olunub. Oxu.az yazıb ki, Aytən Səfərova işdən çıxarılmayıb. Hazırda işdə olmamasının səbəbi səhhəti ilə bağlıdır.
“Xəstəxanadan çıxsa da, müəyyən ağrıları var və ev şəraitində müalicəsini davam etdirir. Səhhəti normallaşan kimi işinin başında olacaq”, - deyə mənbə bildirib.
Xatırladaq ki, Aytən Səfərova aprelin 17-də, saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində qəzaya düşüb, nəticədə bir nəfər ölüb. Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.
- Bu rayonlarda ağaclar kəsildi: 227 mindən çox ziyan dəydi
- “Port Baku”da yanğın - Video
- Astaranın dağ kəndləri qazlaşdırılır - Video
- "Bank BTB"nin lisenziyası ləğv edildi
- Bu nazirliyin maşınlarının sayı artırıldı – Qərar
- 50 min miqrant şəhərə soxuldu: ölənlər var - Video
- Sosial məzuniyyət kimlərə şamil edilir?
- Mehriban Əliyeva Qırğızıstanda sağlamlıq və reabilitasiya mərkəzində - Fotolar