ABŞ-ın Teksas ştatındakı Houston şəhərində Tesla-nın direksiyon və pedalları olmayan sürücüsüz taksisi Cybercab test edilməyə başlanıb.

BUTA.TV xəbər verir ki, avtomobil daha əvvəl Austin şəhərində 3 sentyabr tarixindən etibarən ödənişli sərnişin daşımalarına başlayıb.

Tesla-nın açıqlamasına görə, Austin-də 40-dan çox Cybercab istifadəyə verilib və sakinlər "Robotaxi" tətbiqi vasitəsilə Uber-in təxminən yarı qiymətinə xidmətdən istifadə edir.

Bununla belə, istifadəçilər avtomobilin marşrut və naviqasiya problemləri yaşadığını bildiriblər — bir hadisədə 10 dəqiqəlik yol 70 dəqiqəyə çəkilib. ABŞ Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) isə avtomobilin federal təhlükəsizlik standartlarına uyğunluğunu araşdırmağa başlayıb.


PeşəFestdə məqsəd nədir: peşə seçimi, yoxsa əyləncə? — Agentlik rəhbərinin videosu müzakirə yaradır PeşəFestdə məqsəd nədir: peşə seçimi, yoxsa əyləncə? — Agentlik rəhbərinin videosu müzakirə yaradır