Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qaydaları kobud şəkildə pozan sürücü saxlanılıb.
BUTA.TV Avtosfer.az-a istinadən xəbər verir ki, Nizami Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları dövlət qeydiyyat nişanı olmadan müxtəlif təhlükəli manevrlər edərək əks istiqamətli yola dəfələrlə çıxan sürücünü saxlamağa müvəffəq olublar.
Araşdırma zamanı 42 BT 660 dövlət nömrə nişanlı, “NAZ Lifan” markalı avtomobilin sürücüsü, Bərdə rayon sakini Vaqif Arif oğlu Hüseynovun dövlət nömrə nişanlarını çıxararaq, sayrışan işıqlardan istifadə etməkdə dəfələrlə qayda pozduğu müəyyən olunub. Həmçinin tibbi müayinədən keçirilən zaman sürücünün narkotik vasitələrin təsiri altında olduğu aşkarlanıb.
Sürücü guya qazi olduğunu iddia edərək məsuliyyətdən yayınmağa çalışıb. Nizami Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ona İnzibati Xətalar Məcəlləsinin 342.7, 327.4, 327.2, 333.1, 342.9 və 327.1-ci maddələri ilə protokol tərtib olunub. Barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə təqdim olunub.
- MİQRASİYA XİDMƏTİ DƏ SAHİBKAR “OVU”NA ÇIXIB – Bu “tələyə” düşən sahibkarlar kütləvi şəkildə cərimələnir
- Onunla görüşməyi özümə yaraşdırmıram - Şeyx
- Mask Medvedyevin zarafatına belə reaksiya verdi
- Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq
- İki azyaşlı erməni Azərbaycan ərazisinə keçdi
- Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir
- Trampın anonsu: Putin necə qisas alacaq? – Markov
- Regionlarda kommunal xidmət üçqat azaldılsa… - Ekspert