Fransa Prezidenti Emmanuel Makron AB-nin Ukraynaya dəstəyini gücləndirəcəyinə söz verib.
BUTA.TV xəbər verir ki, o, bu barədə özünün Yutub kanalında sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırmağa həsr olunmuş videoçarxında bildirib.
"Bizim gələcəyimiz və təhlükəsizliyimiz Ukraynada təhlükə altındadır", - Fransa lideri qeyd edib.
Onun fikrincə, Fransa və AB Kiyevə dəstəyini gücləndirməlidir.
Emmanuel Makron bunun yaxın həftələrdə baş verəcəyini açıqlayıb.
Fransa prezidenti həmçinin izah edib ki, ölkəsi potensial düşmənin qarşısını almağa hazır olmaq üçün silahlanmalıdır:
“Ümid edirəm ki, biz müharibəyə getməyə məcbur olmayacağıq, Fransa müharibə gücü deyil, sülh gücüdür, lakin biz sülh istəyiriksə, onu müdafiə etməliyik”.
Bundan əlavə, Fransa prezidenti qeyd edib ki, ruslar həddi aşsa, Rusiya ilə Ukrayna arasındakı münaqişəyə müdaxilə mümkündür.
"Avropa onları saxlamağa hazır olmalıdır", - Makron vurğulayıb.
- Bu şəxslər yeni mənzillərlə təmin olunacaq
- "İdrak" valideynləri belə aldadıb: Vatsapa göndərilən mesaj
- Azərbaycanda bu 5 idarə ləğv edildi
- Yaşıllıqlar kəsildi: 25 min manatdan çox ziyan dəydi
- Prezidentdən qərar: Məmmədov işdən çıxarıldı, yerinə...
- 16 yaşlı bacısını qətlə yetirən yeniyetməyə hökm oxundu
- AYNA: Bu məbləğ 266 manatdan 50 manata endirildi
- 82 yaşlı kişi sobanın üzərinə düşdü, yanaraq öldü