Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu vəzifədə xidmətini davam etdirəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Hərbi komponentə gəldikdə (Rusiya Müdafiə Nazirliyinin fəaliyyəti - red), bu təyinat (Andrey Belousovun müdafiə naziri təyinat edilməsi – red.) heç bir şəkildə ordunun mövcud koordinat sistemini dəyişməyəcək. Hərbi komponent həmişə Baş Qərargah rəisinin səlahiyyətində olub. O fəaliyyətini davam etdirəcək, hazırda bununla bağlı heç bir dəyişiklik nəzərdə tutulmur”, - Kreml nümayəndəsi bildirib.
- Vilayət Eyvazov şəxsi heyəti təbrik etdi
- Bakının 4 rayonunda su olmayacaq
- “Müqaviləmi yeniləyəndə gördüm ki, müəllim yerinə metallurq yazılıb” - Video
- İtkin düşmüş şəxslərlə bağlı rəqəmsal platforma istifadəyə verildi
- Nail Kəmərli Speys TV yeni veriliş aparacaq
- "Arzum 9999" məhkəmə zalında həbs olundu
- DSX-də ard-arda ölümlər - Nə baş verir?
- Göldən meyiti tapılan həkim şəhid qızı imiş - Foto