Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı bələdiyyəsinin sədri Quliyev Fikrət Əzizağa oğlunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
Baş Prokurorluğun mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, istintaqla Fikrət Quliyevin həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar vətəndaşlara torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və digər məqsədlərlə çoxsaylı şəxsdən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına və digər qanunazidd əməllər törətməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Toplanmış sübutlar əsasında Fikrət Quliyevə Cinayət Məcəlləsinin 311.3.2-ci, 311.3.3-cü (rüşvət alma təkrar və külli miqdarda törədildikdə), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilməklə barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
- Türkiyə Cümhuriyyətinin qurulmasından 102 il ötür
- Mehdiyevin 50 nəfərlik siyahısında kimlər olacaqdı? - Millət vəkili
- İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı
- Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...
- Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan
- Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi
- Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı
- Tramp Azərbaycandan danışdı: Buna son qoydum...