“Bakı Metropoliteni” QSC sosial mediada yayılan videogörüntülərlə bağlı açıqlama yayıb.
BUTA.TV QSC-yə istinadən məlumat verir ki, vaqonlararası keçid qapılarına, eləcə də kənar əşyalar və digər məsələlərlə bağlı sonuncu stansiyalarda, xüsusən müvafiq yoxlama şəraiti olan "Həzi Aslanov" stansiyasının dalan yolunda maşinist tərəfindən qatara vizual baxış keçirilir.
Bildirilib ki, lakin sərnişinlərin bu qapıları qatar yollarda hərəkət edərkən açması hallarına rast gəlinir. Bununla bağlı hazırda müvafiq araşdırma aparılır.
Sərnişinlərdən xahiş edilir ki, bu kimi hallarla rastlaşdıqda vaqondakı rabitə vasitəsilə maşinistə və yaxud stansiyalarda olan əməkdaşlara məlumat verilsin. Metropolitendən istifadə edərkən təhlükəsizlik tələblərinə, istifadə qaydalarına əməl olunması və ictimai asayişin pozulmaması naminə bu kimi halların qarşısının alınmasında məhz sərnişinlərdən daxil olan məlumatların xüsusi əhəmiyyəti var.
- Bu maye qazdoldurma məntəqəsi yenidən bağlandı - Video
- Ağdamın yeni nəslinin nəfəsi - Video
- Sabah hava necə olacaq?
- Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü
- Nuhi Abdinov nazir müavini təyin edildi - Sərəncam
- 135 saylı marşrutun avtobusları dəyişdirilir: Gediş haqqı...
- Nigara görə həkimlərə bu cəza verildi
- Xankəndi–Şuşa yolunda ağır qəza: ölən var