“Meta” şirkətinin qurucusu, milyarder Mark Zukerberqin 40 yaşı tamam olub. Bu münasibətlə milyarderin həyat yoldaşı Prisçilla Çan Zukerberqə qeyri-adi doğum günü hədiyyəsi hazırlayıb.
“Qafqazinfo” xəbər verir ki, sözügedən hədiyyənin fotolarını M.Zukerberq öz instaqram hesabında paylaşıb.
Belə ki, Prisçilla Çan həyat yoldaşının həyatında özünəməxsus əhəmiyyəti olan məkanların kiçik ölçüdə variantlarını hazırladıb.
Bu məkanlar arasında Markın sahib olduğu ilk yataq otağı, ilk mənzili, koronavirus pandemiyası zamanı karantində işlədiyi ofis və sevdiyi restoranı var.
Fotolarla yanaşı, Markın ad günü tədbirində “Microsoft” şirkətinin təsisçisi Bill Qeytsin də olması marağa səbəb olub.
Prisçilla Çanın sözlərinə görə, yoldaşı adətən ad günü ilə bağlı böyük şənliklər təşkil etməyi sevməsə də, builki doğum günü istisna olub.





- “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - Video
- Nəriman Həsənzadənin son durumu açıqlandı
- Türkiyədə zəlzələ baş verdi
- Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi
- Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - Foto
- Zelenski Hikmət Cavadı təltif etdi
- Onu sonuncu səfərində tək buraxmadı - Video
- 105 ildir belə isti görmürdülər...