İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyəti Xudafərindən Təbrizə aparan helikopterin qəzaya uğraması faciəsinin əsas günahkarlarından biri ABŞ-dır.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, bunu İranın sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
Onun sözlərinə görə, Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, ABŞ İrana təyyarə və hava nəqliyyatı ehtiyat hissələrinin satışına sanksiya tətbiq edib.
Birləşmiş Ştatlar İran xalqının hava nəqliyyatının yaxşı imkanlarından istifadə olunmasına imkan vermir. Bu isə ABŞ-nin İran əleyhinə cinayətləri siyahısında qeydə alınacaq.
İranlı sabiq nazir qeyd edib ki, ötən gün İranda helikopter qəzası ağır və acı hadisə idi:
“Ötən 45 il ərzində İran müxtəlif dövrlərdə çətin şəraiti təcrübə edib. İran bu vəziyyətdən də çıxacaq və vahid səslə və vahid hərəkətlə gələcəyə doğru addımlayacaq”.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.
- Qazi və hamilə xanımı həlak oldu - Dəhşətli hadisə
- Hüseyn Həsənov cinayət işindən öncə buna cəhd edib
- Rusiya bu gecə qitələrarası raket buraxacaq – Kəşfiyyat
- Elgün öldürülüb, yoxsa intihar edib? - Ekstrasens
- Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb
- Arzu Əliyevadan Naxçıvanla bağlı daha bir paylaşım - Video
- Zəngəzur layihəsini 3-4 il ərzində reallaşdıracağıq - Uraloğlu
- Kəlbəcərli Ayan ABŞ-da təsirli çıxışı ilə yadda qaldı - Video