Moskva vilayətindəki vergi orqanı süni intellektin köməyi ilə saxta isveçli kreditorla bağlı sxemi üzə çıxarıb. İfşa olunan şirkət isə Moskva Fizika və Texnologiya İnstitutunun fəxri professoruna məxsusdur və o, məhkəməyə müraciət edərək bütün məsuliyyəti “DeepSeek” süni intellektinin üzərinə atıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Moskvada fəaliyyət göstərən, Moskva Fizika-Texnika İnstitutunun fəxri professoru Azər Babayevə və sahibkar Yelena Blezeyə məxsus “Astra Lend” şirkəti vergilər üzrə 13,2 milyon rubl qənaət etməyə çalışıb:
“Bunun üçün “Astra Lend” İsveç şirkətindən kredit götürüb və Rusiya ilə İsveç arasında ikiqat vergitutmanın qarşısının alınması haqqında sazişdə nəzərdə tutulan güzəştdən yararlanıb. Daha sonra Mıtişi vergi idarəsi işə qarışıb: müfəttişlik pulun sonda ABŞ-a getdiyini və İsveç kredit şirkətinin əslində saxta şirkət olduğunu aşkar edib. Nəticədə, “Astra Land” şirkətinə əlavə 13,2 milyon rubl vergi tətbiq edilib. Şirkət bu qərarla razılaşmayıb və arbitraj məhkəməsinə müraciət edib. Orada şirkətin nümayəndələri bildiriblər ki, vergi orqanının sənədlərində “DeepSeek” neyroşəbəkəsinin izlərini aşkar ediblər. Onların versiyasına əsasən, alqoritm səhvə yol verib və nəticədə vergi orqanının əməkdaşları şirkətin hesabatlarında pozuntular aşkar ediblər. Məhkəmə “Astra Lend” şirkətinin arqumentlərini qəbul etməyib və vergi orqanının mövqeyini dəstəkləyib: pozuntuların neyroşəbəkədən istifadə edilib-edilməməsindən asılı olmayaraq, real faktlarla təsdiqləndiyi bildirilib. Nəticədə şirkətə 13,2 milyon rublun tam məbləğini ödəmək öhdəliyi qoyulub”.
- Ruslan Əlixanov vəzifəsindən azad edildi
- Tramp ilk işindən danışdı: Atamın biznesi…
- İranda benzinin qiyməti ikiqat artırıldı
- 1658-ci gün: Rusiyanın itkiləri yeniləndi
- ABŞ blokadası bir ildə Kubaya bu qədər ziyan vurdu
- Şaanşi əyalətinin nəqliyyat və logistika sahəsi üzrə nümayəndə heyəti “Abşeron Logistika Mərkəzi”ndə
- “SOS” MMC-nin növbə rəisi həbs edildi - 20 min manatı qumarda uduzub
- Babayevin Moskvadakı şirkəti suni intellektin qurbanı oldu