Gürcüstanın paytaxtı Tiflisdə tramvay xətti yenidən bərpa olunur.
BUTA.TV xəbər verir ki, bu barədə Tiflis meriyası məlumat yayıb.
Bildirilib ki, paytaxtda tramvay xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı Tiflis Nəqliyyat Şirkəti ilə Türkiyənin “EYE” Birgə Müəssisəsi arasında müqavilə imzalanıb.
Layihənin ümumi büdcəsi 287 milyon 654 min 321 lari təşkil edir. Xəttin uzunluğu təxminən 7,5 kilometr olacaq və marşrut üzrə 11 dayanacaq yerləşdiriləcək.
Layihə başa çatdıqdan sonra tramvay xətti Tiflisin vahid ictimai nəqliyyat şəbəkəsinə inteqrasiya ediləcək.
- Sumda partlayışlar baş verdi
- Ukrayna baş prokuroru istefa verdi
- Husilər qaçqın düşərgəsinə zərbə endirdi
- Eyfel qülləsi bağlandı - İlginc səbəb
- Tiflisdə tramvay xətti bərpa edilir
- Trampdan "Bombardier"lə bağlı inanılmaz çağırış...
- Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə!
- Rusiyada iki Su-35 qırıcısı havada toqquşdu