Oyuncaq maşınla yolda şütüdü, məsuliyyətə cəlb olundu - Video

12:45 - 8 Sentyabr 2026 - GÜNDƏM

 Oyuncaq maşınla yolda şütüdü, məsuliyyətə cəlb olundu - Video

Bakıda elektrik mühərrikli oyuncaq avtomobillə əsas yolda şütüyən şəxs məsuliyyətə cəlb edilib.

BUTA.TV” xəbər verir ki, həmin şəxsin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) sorğumuza cavab olaraq bildirilib ki, həmin şəxs məsuliyyətə cəlb olunub: “Bakıda hərəkətin intensiv olduğu yola oyuncaq nəqliyyat vasitəsi ilə çıxaraq həm özünün, həm də digər sürücü və piyadaların həyatı üçün real təhlükə yaradan şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. 2001-ci il təvəllüdlü, Mirzəli soyadlı şəxs barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür”.

Yol polisi vurğulayıb ki, hərəkətin intensiv olduğu avtomobil yollarında bu cür təhlükəli davranışlar ağır nəticələrə səbəb ola bilər: “Hər bir hərəkət iştirakçısı həm özünün, həm də digər şəxslərin həyat və sağlamlığının təhlükəsizliyinə məsuliyyətlə yanaşmalıdır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol