Rusiyanın 10 diplomatı bu ölkədən qovulur

15:33 - 8 Sentyabr 2026 - GÜNDƏM

 Rusiyanın 10 diplomatı bu ölkədən qovulur

Rusiyaının Budapeştdəki səfirliyinin 10 əməkdaşı Macarıstandan çıxarılır.

BUTA.TV xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Anita Orban məlumat verib.

Onun sözlərinə görə, Rusiya səfirliyinin 10 əməkdaşı Vyana Konvensiyası çərçivəsində diplomat statusu ilə bir araya sığmayan fəaliyyətlərlə məşğul olub:

“Buna görə də Macarıstan tərəfi bu şəxslərdən ölkəni tərk etmələrini xahiş edib. Bu qərar Macarıstanın təhlükəsizliyini və suverenliyini qorumağa xidmət edir. Bu, Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi demək deyil. Macarıstan qarşılıqlı hörmət və müəyyən edilmiş qaydalara əsaslanaraq zəruri danışıqları davam etdirmək niyyətindədir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol