Türkiyənin Qaziantep şəhərində din xadimi ilə bağlı böyük fırıldaq iddiası gündəmə gəlib.
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, Hacı Əhməd Ziylan Dini Ali İxtisas Təhsil Mərkəzində təlimçi və axund kimi çalışan Ömər F.O qohumları tərəfindən aldadıldığını və borc içində olduğunu deyərək ətrafındakı insanlardan nağd pul, xarici valyuta və kredit kartı ilə ödənişlər tələb edib.
Aralarında öz tələbələrinin də olduğu təxminən 70 nəfərdən külli miqdarda pul topladığı bildirilir. Şikayətçilərin prokurorluğa təqdim etdiyi ərizədə ümumi zərərin 40-50 milyon lirə arasında olduğu qeyd edilib.
Zərərçəkənlər Ömər F.O-nun qumar borclarına batdığını iddia ediblər.
- Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi - Adlar
- Bu, məsələlərdə güzəştə getməyə hazırıq - Zelenski
- Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?
- Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı
- Süni intellekt dünya üçün təhlükədir - Türkdən xəbərdarlıq
- “Riyazi savadlılıqda ilk dəfədir ki, qızlar oğlanları keçir” - Video
- Rusiya Ukraynada sərnişin qatarını vurdu - Video
- Qumar borcu olan molla 50 milyon yığıb aradan çıxdı