Tramp ilk işindən danışdı: Atamın biznesi…

11:51 - 8 Sentyabr 2026 - GÜNDƏM

 Tramp ilk işindən danışdı: Atamın biznesi…

Bir çox insan məndən soruşur: İlk işim nə olub, nələri xatırlayıram?

BUTA.TV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Düşünürəm ki, bu, çox gözəl xatirədir. Çünki atam daşınmaz əmlak biznesində idi. Mən onunla birlikdə gəzər, tikinti sahələrinə baxar, binaları yoxlayardım.

Birlikdə binaların təmiz, işlərin düzgün görülüb-görülmədiyini, hər şeyin mükəmməl olub-olmadığını yoxlayardıq. O, mükəmməlliyə çox önəm verirdi. Mən də bundan çox şey öyrəndim və mən də mükəmməlliyə çox önəm verirəm”, - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol