Rusiya xarici işlər naziri Sergey Lavrovun yaxın qohumlarının Ukraynada müharibə başladıqdan sonra Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşlığını əldə etdiyi iddia olunur.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Aleksey Navalnının təsis etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondu (FBK) məlumat yayıb.
Məlumata görə, söhbət Lavrova yaxınlığı ilə tanınan Svetlana Polyakova və onun qızı Polina Kovalevadan gedir. Polyakova 28 dekabr 2022-ci ildə “dövlətə xidmətlərinə görə” BƏƏ vətəndaşlığı alıb.
Qızı Polina Kovalevaya isə 17 dekabr 2022-ci ildə iş fəaliyyəti ilə bağlı BƏƏ pasportu verildiyi bildirilir.
FBK bu məlumatları Lavrovun ailəsinin müharibə dövründə xaricdə alternativ imkanlar yaratması ilə əlaqələndirir.
- Lavrovla bağlı qəribə iddia: Bu ölkənin vətəndaşı oldular
- İsrail hücumları: Livanda ölənlərin sayı 4381 nəfərə çatdı
- Sumda partlayışlar baş verdi
- Ukrayna baş prokuroru istefa verdi
- Husilər qaçqın düşərgəsinə zərbə endirdi
- Eyfel qülləsi bağlandı - İlginc səbəb
- Tiflisdə tramvay xətti bərpa edilir
- Trampdan "Bombardier"lə bağlı inanılmaz çağırış...