Türkiyədə güclü yanğın: kəndlər sürətlə boşaldılır

20:30 - 8 Sentyabr 2026 - GÜNDƏM

 Türkiyədə güclü yanğın: kəndlər sürətlə boşaldılır

Türkiyənin Antalya şəhərində meşə yanğını səbəbindən təxliyə edilənlərin sayı 720 nəfərə çatıb, alovla mübarizə isə artıq ikinci sutkadır ki, davam edir.

BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, təxliyə dörd yaşayış məntəqəsində həyata keçirilib. Aksu rayonunun özündə Qaraöz kəndindən 10 evdən 25 sakin, Yumuk kəndindən 29 evdən 105 nəfər və 18 tövlədən mal-qara, Yaşılqaraman kəndindən isə 40 evdən 151 nəfər çıxarılıb. Bundan əlavə, qonşu Kəpəz rayonunda Çamlıca kəndindəki 175 evdən 439 sakin təxliyə edilib.

Aksu dairəsinin Qaraöz rayonunda geniş ərazini bürüyən yanğın üç təyyarə, doqquz helikopter və xeyli sayda yerüstü texnikanın tətbiqi ilə söndürülür. Alovun ram edilməsinə 1037 nəfər şəxsi heyət, 165 yanğınsöndürmə maşını və 112 köməkçi texnika vahidi cəlb olunub. Alovla mübarizədə Konya, İsparta və Burdur şəhərlərinin yanğınsöndürmə xidməti idarələrinin əməkdaşları, eləcə də bu şəhərlərin kommunal xidmətləri və meşə təsərrüfatı idarələri iştirak edirlər.

“Haberturk” agentliyinin məlumatına görə, söndürülmə işlərinə polisin xüsusi vasitələri - alovun kritik sahələrdə yayılmasının qarşısını almağa kömək edən su şırnaqlı maşınlar da cəlb olunub.

Yanğın səbəbindən rayonda mobil əlaqədə fasilələr yaranıb, problemin həlli üçün FHN hadisə yerinə səyyar baza stansiyaları cəlb edilib. Həmçinin 2632 abonentin elektrik enerjisindən məhrum olduğu bildirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol