Gürcüstanın Batumi şəhərində Azərbaycan vətəndaşı Hafiz Süleymanov itkin düşüb.
“BUTA.TV” xəbər verir ki, bu barədə itkin düşən şəxsin bacısı qızı Günay Əlizadə Gürcüstanın “Batumelebi” nəşrinə müraciət edərək kömək istəyib.
G. Əlizadənin sözlərinə görə, avqustun 28-dən bəri dayısı ilə əlaqə saxlamaq mümkün olmayıb:
“Sərhəd kameralarının görüntülərini yoxladıq və bildik ki, o, Türkiyədən Gürcüstana keçib. Bircə bu məlumdur, ondan sonra haqqında heç bir məlumatımız yoxdur. Telefonunu Türkiyədə itirdiyi üçün hazırda onunla zəngləşmək imkansızdır. Ailəmiz artıq axtarışlara başlayıb və aidiyyəti qurumlara da müraciət etmişik. Onu görənlərdən və ya yeri barədə məlumatı olanlardan xahiş edirik ki, polisə və ya bizə xəbər versinlər”.
Məsələ ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, sözügedən Azərbaycan vətəndaşının tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
- Ekspert açıqladı: Qiymətlər 50 faiz ucuzlaşacaq...
- Xəyanət edən 1000 kişini döyməyi hədəf qoydu
- Boliviyada partlayış: ölənlərin sayı 7-yə çatdı
- Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
- Putin onları yola salan kimi bu ölkəyə getdi
- Tramp Meksika və Kanadanı da ABŞ-a "birləşdirdi" - Foto
- Bayılda binanın fasadı qopdu - Video
- Amerikalıların Moskva və Kiyev səfəri nəyi dəyişirdi?