İrandan kədərli xəbər aldıq. Bu ölkənin prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında ölməsi bizləri kədərləndirdi.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, İran xalqına öz adından və türk milləti adından başsağlığı verib:
“Bütün imkanlarımızla axtarış-xilasetmə işlərinə töhfə verməyə hazır olduğumuzu bildirdik. PUA və helikkopterlərimizi qəza baş verən əraziyə yönləndirdik. Axtarış-xilasedici qruplarımız da bölgəyə cəlb edildi”.
Ərdoğan xatırladıb ki, mərhum Rəisini bu ilin yanvar ayında Türkiyədə qonaq ediblər:
“Bizim, regionumuza aid məsələlərlə bağlı çox sıx dialoqumuz olub. Onun səylərinin şəxsən şahidi olduq. Buna görə də onu şükran və minnətdarlıq içində xatırlayacam. Türkiyə olaraq hər zaman olduğu kimi dost və qardaş İran xalqının yanında olacağıq”.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.
- Bakıda mühüm iclas başladı
- Putin Azərbaycanı təbrik etdi
- Prezidentin Piterdən imtinası - Kreml gözləyirdi...
- Əliyevin imtinasına Kremldən reaksiya
- Şəmistan Əliyev, Putinin dostu xilas oldu, Averin öldü
- Sərkisyan Azərbaycan KQB-yə işləyib, kod adı “Nərimanov” olub
- Putin Bakıya vəd verdi, yerinə yetirmədi - Politoloq
- Putinə məruzə edən general-polkovnik məhv edildi