Azərbaycanla sərhədə kabinlər gətirilib.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu “Azadlıq radiosu”nun Ermənistan xidməti yazıb.
Bildirilir ki, əslində bu kabinlər erməni sərhədçiləri üçündür:
“Onların harada quraşdırılacağını demirlər.
Bir az əvvəl Kirantsa gedən yolun sağ tərəfindəki sütunda “Aze” yazıldığını gördük. Sütunun yanında erməni sərhədçiləri növbə çəkir. Bu sütunun qarşısındakı hissə Azərbaycan tərəfinə keçəcək. Artıq 4-cü gündür ki, Kirantsa gedən yol bağlanıb”.
Qeyd edək ki, demarkasiya prosesinə uyğun olaraq sərhəd Kirants kəndindən keçəcək. İşğal dövründə kəndin Azərbaycan tərəfində qanunsuz şəkildə ev tikən bəzi erməni sakinlər buranı tərk edəcək.
- Bu xəbərlərə də göz at
- Ölkədə yüksək vəzifəyə mühüm təyinat oldu
- Paşinyan inandırıcı addım atdı, dəhliz isə... - Uorlik
- Şimali Koreya Yaponiya dənizinə doğru raket buraxdı
- Baydenin oğluna daha bir şok
- Husilər İsrail gəmisinə ballistik raketlə zərbə endirdi
- Kəlbəcərdə maşın aşdı: 2 nəfər öldü, 7-si yaralandı