İşsizlik və müəyyən problemlər imkan vermir ki, gənclər ailə həyatı qursun.
BUTA.TV xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. O əlavə edib ki, boşananların sayı isə hər gün çoxalır:
“Bu, ailə institutunun ciddi çağırışlar qarşısında olduğunu göstərir. Selektiv abortlar çoxalır. Bu da gələcəyimiz üçün ciddi siqnallar deməkdir”.
Deputat bildirib ki, ölkədə qadınların sahibkar ola bilməmələri ilə bağlı problemlər bürokratiya ilə bağlıdır:
“Ölkədə icra başçısı olan bir qadın da yoxdur”.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu