Avstraliya hökuməti Yəmənin İrana bağlı Husi silahlı qruplaşmasını (Ənsarullah) terror təşkilatları siyahısına salıb.
BUTA.TV xəbər verir ki, bu barədə Avstraliyanın Baş Prokurorluğu bəyanat yayıb.
“Yəmənin Ənsarullah hərəkatının Ədən körfəzi və ətraf ərazilərə şiddətli hücumları nəticəsində dinc sakinlər həlak olub, girov götürülüb, Ərəbistan yarımadası ətrafındakı sularda naviqasiya hüquq və azadlıqları ciddi şəkildə pozulub, dəniz təhlükəsizliyi və qlobal rifah zəifləyib”, - bəyanatda qeyd olunub.
Avstraliya hökuməti maliyyələşdirmə ilə bağlı bəyanatında İran hökumətinin husilərə dəstək verməsinə toxunub:
“Tehran Husi qruplaşmasını silahlandırdığını dəfələrlə inkar etsə də, əhəmiyyətli dəlillər göstərir ki, İran bu qruplaşmaya birbaşa logistika, informasiya, silah və maliyyə dəstəyi verir”.
- Saakaşvili İlham Əliyevi təbrik etdi: Qafqazın böyük oğlu...
- Ərdoğan İlham Əliyevi təbrik etdi
- İsrail prezidenti İlham Əliyevə zəng etdi
- Putinin Əliyevə zəng etməsi... - Kremlin şərhi
- Emin Ağalarov Prezidenti belə təbrik etdi - Video
- Müharibəyə göndərilən 3 azərbaycanlı itkin düşdü - Foto
- Prezident və xanımı Xankəndidədir
- Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi