Əli Nağıyev Aşqabadda - Foto

14:22 - 25 May 2024 - GÜNDƏM

 Əli Nağıyev Aşqabadda - Foto

Mayın 24-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 54-cü iclası keçirilİB. Tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev iştirak edib.

BUTA.TV xəbər verir ki, beynəlxalq terrorçuluqla və dini ekstremizmlə mübarizə sahəsində məlumat mübadiləsinin aparılması və ölkələrin hüdudlarından kənarda döyüş hazırlığı keçməklə cinayətkar qruplaşmaların tərkibində silahlı münaqişələrdə iştirak edən şəxslərin müəyyən olunaraq fəaliyyətlərinin qarşısının alınması iclasın gündəliyində duran əsas məsələlərdən olub.

Tədbirdə dünyanın geosiyasi müstəvisində müşayiət olunan gərginliklər, mürəkkəb və ziddiyyətli proseslər fonunda beynəlxalq təhlükəsizlik sisteminin yeni təhdidlərlə üz-üzə qaldığı, terror riskinin dəfələrlə artdığı və kibercinayətkarlıq hallarının daha intensiv xarakter aldığı xüsusi vurğulanıb.

Yuxarıda sadalananlarla bərabər, MDB məkanında müəyyən maraqları olan qüvvələrin kəşfiyyat-pozuculuq fəaliyyəti, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı kimi ciddi narahatlıq doğuran mənfi təzahürlərə qarşı səylərin birləşdirilməsinin və mövcud imkanları səfərbər etməklə birgə effektiv mübarizənin aparılmasının zəruriliyinə də toxunulub.

Bu xəbər hal-hazırda çox oxunur
Tanınmış meyxanaçı həbs olundu - FOTO

Tədbirdə mühüm əhəmiyyət kəsb edən məsələlərlə bağlı çıxışlar edilib, ətraflı müzakirələr aparılıb və gələcək əməkdaşlığa dair bir sıra vacib sənədlər imzalanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol