Sui-qəsd cəhdindən sonra Banska-Bistrica xəstəxanasına yerləşdirilən Slovakiya Baş naziri Robert Fitso mayın 27-də təkrar müayinədən keçəcək.
BUTA.TV xəbər verir ki, bu barədə xəstəxana rəhbərliyi məlumat yayıb.
“Baş nazirin hazırkı vəziyyəti tibbi şuranın proqnozlarına uyğundur. Nəzarət müayinələri sabah da davam etdiriləcək”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, mayın 15-də Handlova şəhərində R.Fitsoya qarşı sui-qəsd cəhdi olub. O, 5 güllə yarası alıb və 4 dəfə əməliyyat olunub. Baş nazirin səhhəti tədricən yaxşılaşmaqdadır.
- Nəsimi Nəbizadə ilə bağlı bütün suallara aydınlıq gətirildi
- Zəngəzur məsələsində cəsarətli addım... - Pol Qobl
- Azərbaycandan 7600 ton yanacaq gəlir - Papoyan
- Azərbaycanın bu qədər ərazisi nəzarətimizdədir - Simonyan
- Mübariz Mənsimov barəsində istintaq başladıldı
- Tramp Putinin ən dəhşətli kabusunu oyatdı - Eggert
- İranda etirazçılar öldürülsə... - Trampdan yeni xəbərdarlıq
- Reabilitasiya mərkəzindən qaçan Nəsimi Nəbizadə tapıldı