Rusiya Prezidenti Vladimir Putinin dəbdəbəli İl-96-300PU təyyarəsinin içərisində dövlət başçısı üçün kabinet, konfrans otaqları, klinika, yeməkxanalar, barlar və hətta idman zalı var. Burada həmçinin müasir rabitə sistemləri, nüvə qüvvələrinə və özünümüdafiə vasitələrinə nəzarət etmək imkanı mövcuddur.
BUTA.TV xəbər verir ki, bu barədə Amerikanın “Slash Gear” nəşri yazıb.
“Təyyarənin dəbdəbəli salonu və şəraiti var. Gəmi ən son rabitə sistemləri ilə təchiz edilib və bu, Rusiya prezidentinin hakimiyyətin bütün qolları və silahlı qüvvələrlə əlaqə saxlaması üçündür.
Təyyarənin içərisində prezidentin şəxsi kabineti, böyük iki nəfərlik lüks çarpayı, təhlükəsiz konfrans və iclas otaqları, klinika, yeməkxanalar, istirahət otaqları, barlar və hətta idman zalı var.
Təyyarənin bütün sahələri qızılı elementlərlə krem tonlarında bəzədilib, eyni zamanda rus mədəniyyətini əks etdirir. Təyyarə həm də komanda məntəqəsi kimi də fəaliyyət göstərə bilər ki, bu da prezidentə ölkənin nüvə qüvvələrini tez bir zamanda yüksək hazırlıq vəziyyətinə salmağa imkan verir”, - məqalədə bildirilib.
- Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...
 - Ermənistanda Türk dilinin tədrisi... - Andreasyan
 - Qaşqaylar Əliyevin sözlərinə dərhal reaksiya verdilər
 - Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemi dəyişdi
 - Bakıda hərbi parada hazırlıq işləri görülür - Fotolar
 - Sabiq nazir efirdə bunu deyib kövrəldi, gözləri doldu - Video
 - Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil
 - Əliyevin bəyanatı bizim üçün gözlənilməz oldu