Aralıq dənizi regionundan aktiv siklonun nüfuz etməsi ilə əlaqədar mayın 24-26-da Ermənistanın bütün ərazisində intensiv yağışlar müşahidə olunub, onun maksimal miqdarı ötən gün axşam saatlarında qeydə alınıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın rəsmi qurumları məlumat yayıb.
Bildirilib ki, fasiləsiz yağıntılar nəticəsində Debed və Ağstafa çaylarının suyunun səviyyəsi kəskin artıb, nəticədə ətraf sahilyanı əraziləri su basıb.
Debed çayında suyun həcmi 5 dəfə çoxalıb, çay yatağında su səviyyəsi 6 metr qalxıb. Bildirilib ki, bu, 1959-cu il mayın 19-dan bəri müşahidə edilən ən yüksək həddir.
Məlumata görə, bu gün yağıntılar davam edəcək, sabah isə nisbətən azalacaq.
Daşqınlar nəticəsində Taşir və Tavuşda, o cümlədən Dilican şəhərində ciddi fəsadlar yaranıb.
- Xameneinin dəfn olunduğu məqbərədə yanğın baş verdi - Video
- “Zirə” “Torpedo”ya qarşı - Canlı-Yenilənir
- Sabah bu ərazilərdə qaz olmayacaq
- Korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında tutuldu
- Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət etdi
- Sabah çimərliklərdə hava necə olacaq?
- İlham Əliyev Donald Trampa təşəkkür etdi
- Prokurorluğun əməkdaşı vəzifəsindən azad edildi