Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Yaxşı oyun nümayiş etdirdilər.
BUTA.TV xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının sonuncu - XXXVI turunda “Araz-Naxçıvan”la 2:2 hesablı heç-heçə etdikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Mütəxəssis 2023-2024-cü illər mövsümünü ilk pillədə başa vuran komandasının 11-ci çempionluğunu şərh edib:
“Bu gün sakit oyun keçirdik. Hər il stabilliyi qoruyub saxlaya biliriksə, bu, bizim üçün böyük uğurdur. Hər mövsümün əvvəlində qarşımıza məqsəd kimi çempionluğu qoyuruq. Bundan sonra da önümüzə baxacağıq. Digər turnirlərdə də özümüzü yaxşı tərəfdən göstərəcəyik”.
- Xameneinin dəfn olunduğu məqbərədə yanğın baş verdi - Video
- “Zirə” “Torpedo”ya qarşı - Canlı-Yenilənir
- Sabah bu ərazilərdə qaz olmayacaq
- Korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında tutuldu
- Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət etdi
- Sabah çimərliklərdə hava necə olacaq?
- İlham Əliyev Donald Trampa təşəkkür etdi
- Prokurorluğun əməkdaşı vəzifəsindən azad edildi