Futbol üzrə Azərbaycan milli komandasını iyunun 7-də Albaniya, 11-də isə Qazaxıstan yığmasına qarşı keçiriləcək beynəlxalq yoldaşlıq görüşlərinə çıxaracaq məşqçilər müəyyənləşib.
BUTA.TV AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Macarıstanın Sombatxey şəhərində baş tutacaq oyunlarda millimizə Arif Əsədov rəhbərlik edəcək.
Məşqçilər korpusunda İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev də təmsil olunacaqlar.
Qeyd edək ki, Albaniya ilə matç Bakı vaxtı ilə saat 21:00-da, Qazaxıstanla qarşılaşma isə saat 18:00-da başlayacaq. Hər iki oyun “Haladas SportKomplexum”da olacaq.
- Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
- Əməkdar jurnalist komaya düşdü
- Kəlbəcərdə çayda batan 11 yaşlı oğlanın meyiti tapıldı
- Bakıda açıq ərazidə yanğın başladı
- DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası oldu
- İki dövlət qurumunun əməkdaşları hərbi təlimlərə cəlb olunacaq
- m10 ilə 140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri...
- Reklamlarda gender stereotipləri: Qadınla müqayisə aparmaq...