Biz HƏMAS-a təzyiq etməliyik və bunu edirik. Rəfahda müharibədə iştirak etməyən bir milyon sakini təxliyə etdik və bütün səylərə baxmayaraq, dünən faciəli hadisə baş verdi.
BUTA.TV xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu bildirib.
Netanyahu çadırın vurulması ilə bağlı araşdırma apardıqlarını bildirib:
"Bizim üçün döyüş əməliyyatlarında iştirak etməyən hər bir öldürülən şəxs faciədir. HƏMAS üçün bu, bir strategiyadır".
Qeyd edək ki, ötən gün İsrail ordusu Qəzzanın cənubunda, Rəfahda BMT-nin təşəbbüsü ilə salınan çadır şəhərciyinə raket zərbəsi endirib.
İlkin məlumata görə, 40 nəfər bu hücumda həlak olub, onlarla yaralı var.
- Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
- Əməkdar jurnalist komaya düşdü
- Kəlbəcərdə çayda batan 11 yaşlı oğlanın meyiti tapıldı
- Bakıda açıq ərazidə yanğın başladı
- DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası oldu
- İki dövlət qurumunun əməkdaşları hərbi təlimlərə cəlb olunacaq
- m10 ilə 140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri...
- Reklamlarda gender stereotipləri: Qadınla müqayisə aparmaq...