Qarabağın və Şərqi Zəngəzurun bərpasına tətbiq edilən proqram Qazax rayonunun Ermənistanla sərhəddə Azərbaycanın nəzarətinə keçən 4 kəndində həyata keçirilə bilər.
BUTA.TV xəbər verir ki, bu sözləri TASS-a Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
“Tam əminəm ki, Qarabağ bölgəsini dirçəltməyə imkan verən unikal proqram, əlbəttə ki, bu kəndlərdə də həyata keçiriləcək, bütün Qazax rayonu kimi onlar da gözəlləşəcək, çiçəklənəcək”, - o bildirib.
S.Seyidov hazırda böyük hissəsinin yataqxanalarda məskunlaşdığı köçkünlərin bu kəndlərə qayıdacaqlarına əminliyini ifadə edib. Onun sözlərinə görə, Azərbaycanda bərpa proqramları sürətlə həyata keçirilir.
Parlament komitəsinin rəhbəri onu da qeyd edib ki, Ermənistanla sərhədin delimitasiyası prosesi uğurla inkişaf edir.
Qeyd edək ki, 24 mayda Azərbaycan DSX Qazaxın işğaldan azad edilən 4 kəndinə nəzarəti bərpa edib.
- Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
- Əməkdar jurnalist komaya düşdü
- Kəlbəcərdə çayda batan 11 yaşlı oğlanın meyiti tapıldı
- Bakıda açıq ərazidə yanğın başladı
- DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası oldu
- İki dövlət qurumunun əməkdaşları hərbi təlimlərə cəlb olunacaq
- m10 ilə 140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri...
- Reklamlarda gender stereotipləri: Qadınla müqayisə aparmaq...