Gürcü xalqının seçdiyi ali nümayəndəlik orqanı dövlət suverenliyini təsdiq etmək üçün ən mühüm hüquqi baza yaratdı. Belə bir qanuna qarşı çıxmaq mümkün deyil.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən mətbuat konfransında deyib.
Kobaxidze qeyd edib ki, hər kəs qanunun düzgün mahiyyətini tanımalı və arqument yoxdursa, qarayaxma kampaniyasını davam etdirməməlidir:
"Proses başa çatıb, qanun qəbul edilib. Bu qanunla bağlı biz hamıya ictimai müzakirə təklif edə bilərik. Müzakirəyə hazırıq, çünki hər dəfə haqlı olmuşuq".
"Xarici təsirin şəffaflığı haqqında" qanun yalnız bir şeyi nəzərdə tutur – xarici dövlətin maraqlarını həyata keçirən təşkilatların ildə bir dəfə maliyyə bəyannamələri dərc etməsini. Belə bir qanuna qarşı hər hansı arqumentin olması mümkün deyil", - Kobaxidze bildirib.
Onun sözlərinə görə, Gürcüstan əhalisinin 80 faizindən çoxu xarici təsirin şəffaflığının tərəfdarıdır, əhalinin 60 faizindən çoxu isə əcnəbilərin tənqidi fonunda “Xarici təsirin şəffaflığı haqqında” qanunu dəstəkləyir.
- Bu sahələrdə 20% azalma var - Səbəb
- Müayinə üçün xəstəxanaya gedən qadın öldü
- Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirildi - Video
- Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Fotolar
- Dənizkənarı yolda maşın quyuya düşdü - Video
- Fatimənin qətli: atasından mülklər qalıbmış...
- Qaradağda faciə: başına dəmir düşən kişi öldü
- Deputatdan pensiyalarla bağı mühüm izah