Türkiyə Böyük Millət Məclisinin açılışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana etiraz olaraq, Yeni Partiyanın lideri Özgür Özəl və partiyadan olan millət vəkilləri zalı tərk ediblər.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Ərdoğan zala daxil olanda Yeni Partiyadan olan millət vəkilləri ayağa qalxmayıblar.

Dövlət himni səsləndirildikdən sonra Ərdoğan kürsüyə yaxınlaşarkən Yeni Partiya lideri Özgür Özəl və millət vəkilləri zalı tərk ediblər.

Nazirə sərt sual: Nazirə sərt sual: Prezidentin qoyduğu hədəf niyə yerinə yetirilmir?