Dünya dönüş nöqtəsinə yaxınlaşır - Putin
Dünya inkişafının həlledici dönüş nöqtəsinə yaxınlaşıb və baş verən dəyişikliklər siyasət çərçivəsindən xeyli kənara çıxır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” forumunda çıxışında deyib.
O bildirib ki, artıq baş vermiş və baş verəcək dəyişikliklərin miqyası olduqca böyükdür.
V.Putin hesab edir ki, bütün ölkələr gec-tez yeni dünya düzəninin prinsipləri barədə razılığa gəlməli olacaqlar və ümumi gələcək naminə məsuliyyət mücərrəd şüar olaraq qalmamalıdır.
Nazirə sərt sual: Prezidentin qoyduğu hədəf niyə yerinə yetirilmir?