Putin Ukrayna ilə bağlı bu təklifi mənasız adlandırdı
Rusiya Prezidenti Vladimir Putin Rusiyanın neft emalı zavodlarına zərbələrin dayandırılması müqabilində gəmilərə hücumların dayandırılması ilə bağlı hazırkı təklifi mənasız adlandırıb.
BUTA.TV xəbər verir ki bunu, Putin bunu “Valday” forumunda çıxışı zamanı bildirib.
Rusiya prezidentinin sözlərinə görə, Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsi Qərbin köməyi olmadan mümkün deyil.
Putin Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumlarının ölkəyə zərər vurduğunu bildirib. Onun sözlərinə görə, Rusiyanın Kiyevin bu zərbələrinə cavabından sonra Ukraynanın polad sənayesi məhv edilib.
Rusiya prezidenti Ukraynada baş verən hadisələri Qərbin Rusiyaya qarşı “kollektiv təcavüzü” kimi qiymətləndirib.
Nazirə sərt sual: Prezidentin qoyduğu hədəf niyə yerinə yetirilmir?