Məşhur hakim matç bitən kimi saxlanıldı
Türkiyədə Mərkəzi Hakim Komitəsinə (MHK) qarşı aparılan təhqiqat çərçivəsində Süper Liqa hakimi Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel saxlanılıb.
BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, əməliyyat İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq tədbirləri çərçivəsində həyata keçirilib.
Məlumata görə, hər iki hakim "Trabzonspor" ilə İrlandiyanın "Droqeda Yunayted" klubu arasında keçirilən yoldaşlıq matçından dərhal sonra Trabzonda nəzarətə götürülüb.
Məlumata görə, həmin şəxslər qanunsuz mərc oyunlarının təşkili, sənəd saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Nazirə sərt sual: Prezidentin qoyduğu hədəf niyə yerinə yetirilmir?