ABŞ İranla əlaqəli onlarla şirkəti qara siyahıya saldı
ABŞ Maliyyə Nazirliyi "İqtisadi təcrid" əməliyyatı çərçivəsində İrana dəstək verdiklərinə görə onlarla hüquqi və fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.
BUTA.TV xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir.
Bildirilib ki, yeni sanksiyalar paketinə İranın ən iri avtomobil istehsalçıları, dəmir yolu sektoru, metallurgiya və digər sənaye müəssisələri daxildir.
Məhdudiyyətlərə iki ən iri avtomobil istehsalçısı "Iran Khodro" və "SAIPA", ən iri motosiklet istehsalçısı "Niroo Motor", İndoneziyanın "Golden Motorcycle Company", eləcə də BƏƏ və Honkonqda avtokomponentlər istehsal edən şirkətlər məruz qalıb.
Siyahıya həmçinin İranın ən iri dəmir yolu şirkətləri olan "Islamic Republic of Iran Railway Company", "Raja Passenger Trains Company" və "Sherkat-E Rah Ahan-E Khamle-O-Naghle" də daxil edilib.
Bundan əlavə, ABŞ metallurgiya və maşınqayırma sahələrinin iri müəssisələrinə, o cümlədən "Heavy Equipment Production Company" (HEPCO) və onun Şanxaydakı törəmə şirkətini də məhdudiyyətə məruz qoyub.
Nazirə sərt sual: Prezidentin qoyduğu hədəf niyə yerinə yetirilmir?