Rusiyanın Voronej vilayətində Mi-8 hərbi helikopteri qəzaya uğrayıb.

BUTA.TV xəbər verir ki, Rusiya mediasının məlumatına görə, helikopter Voronej şəhərindən təxminən 80 kilometr məsafədə yerləşən ərazidə tarlaya düşüb.

Göyərtədə olan üç nəfər qəza nəticəsində ölüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Qəza ilə bağlı rəsmi məlumat da yayılmayıb.

Nazirə sərt sual: Nazirə sərt sual: Prezidentin qoyduğu hədəf niyə yerinə yetirilmir?