Miller malikanəsində güclü yanğın oldu - Video
Video
Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində, İsaakiyev kilsəsinin qarşısında yerləşən Miller malikanəsində güclü yanğın baş verib.
BUTA.TV xəbər verir ki, alov binanın üç mərtəbəsini əhatə edib.
Yanğının söndürülməsinə 8 texnika və 40 nəfər şəxsi heyət cəlb edilib.
Hələlik xəsarət alanlar barədə məlumat daxil olmayıb. Yanğının əhatə etdiyi sahə dəqiqləşdirilir.
Qeyd olunur ki, yanğının baş verdiyi bina mədəni irs obyekti statusuna malikdir.
Nazirə sərt sual: Prezidentin qoyduğu hədəf niyə yerinə yetirilmir?