Türkiyədə sonuncu prezident seçkiləri vaxtı İYİ Partiyasının lideri Maral Akşənəri “Altılı masa”dan uzaqlaşdıran Əkrəm İmamoğlu olub.
BUTA.TV xəbər verir ki, bunu CHP-yə yaxın olan türkiyəli jurnalist Ənvər Aysevər Yutub kanalında çıxışı zamanı deyib.
“İmamoğlu Maral xanıma deyib ki, sən masanı tərk elə, mən sənin arxandayam. Ancaq Maral xanım masanı tərk edəcəyi gün İmamoğlu da prezidentliyə namizəd olacağına söz veribmiş. Həmin günü M.Akşənər İmamoğlunun namizəd olacağını gözləsə də, o sözünü tutmayıb. Vəziyyət belə olduqda, Maral xanım masaya qayıtmağa məcbur olur. Masaya qayıtdıqdan sonra ona satqın damğası vurulur və siyasi nüfuzuna xələl gəlir. İmamoğlu bu gün hər kəsi bu formada siyasətdən uzaqlaşdırır”, - jurnalist iddia edib.
- Qubada hamilənin ölümü ilə bağlı araşdırma aparılır
- Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi
- AzerGold QSC vətəndaşlara xəbərdarlıq etdi - Foto
- Belə icra başçısı olar? Bu nə geyimdir? - Foto
- Ukraynada yeni Baş nazir o oldu
- Bakıda güclü külək nə vaxta qədər əsəcək?
- Kütləvi zəhərlənmə olan restoran bu vəzifəli şəxsin imiş
- Sabiq başçının bacısı oğluna vəzifə verildi