Ermənistanda yağan leysan yağışları nəticəsində xüsusilə Lori və Tavuş vilayətlərində ciddi fəsadlar zamanı Rusiya Müdafiə Nazirliyi rəsmi açıqlama yayaraq, dərhal yardım təklif etmişdi.
BUTA.TV xəbər verir ki, Rusiya MN-in məlumatında Ermənistandakı 102-ci hərbi bazaya lazımı texnika və canlı qüvvə ilə hazır olmaq tapşırıldığı və İrəvanın təklfi qəbul edəcəyi halda dərhal yardım üçün fəaliyyətə başlayacaqları bildirilmişdi.
Buna cavab olaraq Ermənistan hökumətindən heç bir açıqlama verilməyib. Erməni mediasının yazdığına görə, bütün instansiyalara Rusiya MN-in müraciətinə hansı reaksiya verildiyi ilə bağlı göndərilən sorğuların heç biri cavablandırılmayıb.
Belə məlum olur ki, Ermənistan ümumiyyətlə Rusiya MN-in yardım təklifinə cavab verməyi belə lazım bilməyib.
Qeyd edək ki, Debed və Ağstafa çayının daşması nəticəsində onlarla kəndlə əlaqə kəsilmiş, bir çox yaşayış məntəqələrini su basmış, 4 nəfər ölmüş, 2 nəfər yaralanmışdı. Onlarla şəxsin təxliyəsi zərurəti yaranmışdı.
- “Rəsmi Bakı Rusiyadan üzr gözləyir”
- Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı
- AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Təcili
- “Qara qutu"nun incələnməsinə başlanıldı
- Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto
- AŞ-nin baş katibi Azərbaycana başsağlığı verdi
- ABŞ səfirliyində bayrağımız yarıya endirildi - Foto
- Təyyarəmiz bu sistemlə vurulub - Təcili