Azərbaycan qılıncoynadanı Anna Başta Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
BUTA.TV xəbər verir ki, idmançı bu barədə şəxsi İnstaqram hesabında yazıb.
Sablyaçı turnirdə iştirak etmək hüququ qazandığını vurğulayıb
O, Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) universal lisenziyasını əldə edib.
Anna Başta Avropa çempionatı, Dünya kuboku və Qran-prilərdəki çıxışına görə, bu hüquqa sahib olub: “Parisə gedirəm! Buna görə çox sevinirəm. Təsnifat mərhələsindəki zədə üzündən olimpiadaya lisenziya qazana bilmədikdən sonra bu, əla xəbər oldu. Bu qərara görə, FIE təşəkkürümü bildirirəm. Avropa çempionatındakı qələbə, Dünya kuboku və Qran-pridəki çıxışımı nəzərə alsaq, lisenziyaya layiqəm”, - idmançı vurğulayıb.
- Qubada hamilənin ölümü ilə bağlı araşdırma aparılır
- Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi
- AzerGold QSC vətəndaşlara xəbərdarlıq etdi - Foto
- Belə icra başçısı olar? Bu nə geyimdir? - Foto
- Ukraynada yeni Baş nazir o oldu
- Bakıda güclü külək nə vaxta qədər əsəcək?
- Kütləvi zəhərlənmə olan restoran bu vəzifəli şəxsin imiş
- Sabiq başçının bacısı oğluna vəzifə verildi