Xəbər verdiyimiz kimi, ATV-nin hava proqramının aparıcısı Şənay Mustafayeva ötən gün ağır qəzaya düşüb.
BUTA.TV xəbər verir ki, Baş Dövlət Yol Polis İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev Oxu.az-a açıqlamasında hadisənin 14:10-da Bakı-Şamaxı yolunun 11-ci kilometrliyində baş verdiyini bildirib.
O, qeyd edib ki, sürücü hərəkət zamanı sürət həddini doğru seçməyib və manevr qaydalarını pozub:
"Nəticədə avtomobil yolun əks istiqamətində olan yanacaqdoldurma məntəqəsinin qarşısındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır".
Qeyd edək ki, ilkin məlumatda hadisənin Bakının Səbail rayonu ərazisində baş verdiyi bildirilmişdi.
- Qubada hamilənin ölümü ilə bağlı araşdırma aparılır
- Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi
- AzerGold QSC vətəndaşlara xəbərdarlıq etdi - Foto
- Belə icra başçısı olar? Bu nə geyimdir? - Foto
- Ukraynada yeni Baş nazir o oldu
- Bakıda güclü külək nə vaxta qədər əsəcək?
- Kütləvi zəhərlənmə olan restoran bu vəzifəli şəxsin imiş
- Sabiq başçının bacısı oğluna vəzifə verildi