Qriqori Karasin (Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri – red.) ola bilsin öz arzusunu, yaxud Rusiya hökumətinin istəyini ifadə edib. Mən də hər zaman düşünürəm ki, biz niyə indiyə qədər soydaşlarımızın yaşadığı Dərbənddə, yaxın qonşumuz Dağıstan Respublikasında Azərbaycanın baş konsulluğunun açılması məsələsini gündəmə gətirməmişik.
BUTA.TV xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Qriqori Karasinin Rusiyanın Xankəndidə bu il konsulluq açmaq niyyəti ilə bağlı sözlərinə münasibətində bildirib.
Millət vəkilinin sözlərinə görə, bu kimi məsələlər deputatlar səviyyəsində həll olunmur:
“Karasin də bunu bilməmiş deyil. Öncə Xankəndi qaçqın və məcburi köçkünlərlə məskunlaşdırılmalıdır. Türkiyə də Şuşada konsulluq açmaq istəyir. Məskunlaşma başa çatandan sonra Rusiya hökumətinin belə bir arzusu olarsa, bu məsələnin hökumətlər səviyyəsində müzakirə olunması daha məntiqli olardı”.
O bildirib ki, Rusiya-Azərbaycan münasibətləri 2022-ci ildə Moskva Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə qaldırılıb:
“Rusiya Xankəndidə konsulluq açmaq istəyirsə, bu müzakirə olunacaq. Burda təhlükəli heç nə görmürəm. Həm də bu elə məsələdir ki, belə məsələlərdə Prezidentə güvənmək, onun doğru qərar qəbul edəcəyinə inanmaq lazımdır”.
- Ermənilər Sədərəkdə bunu etmək istəyir - Yeni Zəngəzur planı
- Mehdiyev niyə “91-lər”ə qoşulmayıb? - Əli Nağıyev danışdı
- Azərbaycan nümayəndə heyəti İrəvanda - Foto
- Əliyevin Ermənistan qərarı: Qarşıda hələ uzun yol var
- Surət Hüseynov, Əli İnsanov, Əkrəm Əylisli… - Sırada Mehdiyevdir?
- 1992-nin qışını xatırlayın: çörəyimiz yox idi... - Akopyan
- Zəngəzur dəhlizi və BTQ bir-birini tamamlayacaq - Boyraz
- “Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi