Qərbi Azərbaycan İcması Avropa Birliyinin diplomatik xidmətinin mətbuat katibinin Azərbaycanın daxili işinə qarışan və məhkəmə hakimiyyətinin müstəqilliyinə xələl gətirməyə cəhd edən bəyanatını sərt şəkildə qınayıb.
BUTA.TV xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda qeyd edilib.
Bildirilib ki, Azərbaycana saxta ittihamlarla insan hüquqları sahəsində dərs verməyə çalışan Avropa Birliyi ilk öncə bu cür səlahiyyəti haradan aldığına dair izahat verməlidir:
"Bundan başqa, Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmaqla, mülkiyyətindən və mədəni irsindən məhrum edilməklə hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının taleyinə biganə qalmış Avropa Birliyinin bu davranışı ayrı-seçkili və təxribatçı xarakter daşıyır. Bu cür qərəzli və ayrı-seçkili davranışı ilə Avropa Birliyi ali dəyərlər olan insan hüquqlarına zərər vurur və regionda davamlı sülh istiqamətində müşahidə olunan müsbət dinamikanı pozmağa çalışır".
Qərbi Azərbaycan İcması Avropa Birliyindən bu cür qərəzli və ziyanlı siyasətindən əl çəkməyi, regionda sülhə mane olmamağı və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına dəstək verməklə insan hüquqlarına sadiqliyini əməldə göstərməyi tələb edir.
- Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam
- ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?
- Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu
- Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr
- İrəvanda “artsax nümayəndəliyi”: məhkəmə niyə 2026-ya qalır?
- ABŞ-dan qəribə xəbərdarlıq: Azərbaycanla sərhədə getməyin!
- Qaliblər Vətəndə belə qarşılandı - Video
- Gürcüstan Azərbaycana olan borcunu tam ödədi