Artıq 11 ölkə Ukraynaya Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün icazə verilməsi fikrini dəstəkləyir. Bəs, Kiyevin Rusiya ərazisinə zərbə endirmək üçün hansı Qərb silahları var və bu silahlar nə qədər məsafədəki hədəfləri vura bilər?
BUTA.TV RT-yə istinadla siyahını və onların çata biləcəyi ərazinin xəritəsini təqdim edir:
- Fransanın HAMMER idarəolunan aviabombaları, eləcə də AGM-88B antiradar raketləri 60 və 80 km məsafəyə malikdir və Rılsk, Suca, Belqorod, Novıy Oskol və Valuyki, eləcə də Rusiyanın bir sıra sərhədyanı digər şəhər və kəndlərini hədəf ala bilər;
- 227 mm-lik ikipilləli GLSDB raketləri, eləcə də ATACMS Blok I əməliyyat-taktiki raketlərinin zərbələri daha böyük dərinliyə (160-165 km) çata bilir. Rusiya ilə sərhəddən 30 km məsafədə atəş mövqeləri yerləşdirilərsə, zərbənin dərinliyi Bryansk, Kursk, Starıy Oskol, Rossoş və Taqanroq şəhərlərini əhatə edə bilər;
- ATACMS Blok IA və QRU raketləri təxminən 300 km uçuş məsafəsinə malikdir və Voronej, Lipetsk və Oryola çata bilir. Həmçinin bu raketlərin əhatə dairəsində Rostov-Don, Taqanroq, Kamensk-Şaxtinski, Şaxtı şəhərləri də var;
- Analoji qanadlı raketlər SKALP-EG və “Storm Shadow” da 300 km məsafəyə malikdir;
- “Tekever AR3” kamikadze dronlarının uçuş məsafəsi 1000 km-ə çata bilər.
Qeyd edilir ki, müasir yerli hava hücumundan müdafiə sistemlərinin əksəriyyəti GLSDB mərmilərinə qarşı durmağa qadirdir, hərçənd kütləvi ATACMS hücumlarını dəf etmək üçün bir neçə S-400, S-300V4 və ya “Buk-M3” batareyalarını nəzərdə tutulmuş uçuş trayektoriyalarına, habelə obyektlərdən 10-30 km məsafəyə yerləşdirmək lazımdır.
- Sisidən Əliyevə: Dərin kədər hissi keçirdim...
- Qəzadan 13 gün əvvəl türk astroloqdan şok paylaşım - Foto
- Qəzanın pərdəarxası: Təyyarəyə raket zərbəsi endirilib?
- Szinpin İlham Əliyevə başsağlığı verdi
- Qəzada həlak olan pilot iki aya təqaüdə çıxmalı idi, lakin...
- Azərbaycanlı qardaş və bacılarımıza başsağlığı verirəm
- Pezeşkian İlham Əliyevə zəng etdi
- Mirziyayev İlham Əliyevə zəng etdi