Tanınmış meyxanaçıya ağır itki

16:24 - 4 İyun 2024 - GÜNDƏM

 Tanınmış meyxanaçıya ağır itki

Lənkəran Perinatal Mərkəzində körpə ölümü baş verib.

BUTA.TV APA-ya istinadən xəbər verir ki, bu gün səhər Lənkəran Perinatal Mərkəzində dünyaya gələn oğlan uşağı ölüb.

Yaxınlarının dediyinə görə, uşaqda heç bir problem olmayıb. Körpə qeysəriyyə əməliyyatı zamanı ölüb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ölən körpənin lənkəranlı tanınmış meyxanaçı Oruc Bayramsəsin övladı olduğu bildirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol