İlham Əliyev Misir səfərində, bu ölkənin lideri Sisi ilə görüşdə bəyan etdi ki, müstəqil Fələstin Dövləti qurulmalı, Şərqi Qüds onun paytaxtı olmalıdır. Qəzzada baş verənləri faciə adlandıran Prezident Əliyev müharibənin dayandırılması, danışıqların başlanması çağırışı edib.
Azərbaycan müstəqillik və Qüds məsələsində Fələstinə daim dəstək verib, həmçinin bu ölkəyə iqtisadi yardımlar da edib. İsraillə münasibətlərdə də Fələstin amilini nəzərə alıb. Misal üçün, İsraildə səfirliyimizin açılış mərasimində iştirak edən xarici işlər naziri ardınca Fələstinə səfət etdi. Buna rəğmən, Fələstin məsələsinə görə rəsmi Bakını zaman-zaman ittihama cəhdlər edilir, xüsusilə İran bu prosesdə aktivdir.
Son olaraq, İstanbulda Fələstin bəhanəsi ilə SOCAR-a hücumda da İrana bağlı qruplar iştirak edirdi. Ümumiyyətlə, Fələstin məsələsi İran tərəfindən İraillə qarşıdurmada alət olaraq istifadə edilir. Bu “aləti” mütəmadi olaraq Azərbaycana qarşı da yönəltməyə çalışırlar.
Əliyevin bəyanatı isə təkcə Qəzzada baş verənlərə ədalətli yanaşmanın sərginlənməsi yox, həm də Fələstin məsələsində Azərbaycanı ittiham edənlərə açıq mesaj xarakteri daşıyır.
- Gözəl təşəbbüsdür: xüsusi məktəblər yaradılır, amma...
- Çimərliyə getmək istəyənlərin nəzərinə!
- Azərbaycanda iki vəkilə hökm oxundu
- Uzun fasilədən sonra ilk dəfə - Görüntüləri yayıldı+Video
- Sumqayıtda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Toya minlərlə adam axın etdi - “Rolls-Royce”dan düşən başqası idi