“Qarabağ” yay transfer pəncərəsində ilk transferini reallaşdırmaq üzrədir. Ağdam klubu uzun sürən axtarışdan və danışıqlardan sonra arzuladığı qapıçını tapıb.
BUTA.TV Futbolinfo.az-a xəbər verir ki, müqavilə müddətini uzatmaqdan imtina edilən Andrey Lunyovu xorvat qolkiper əvəz edəcək. Portuqaliyanın “Vizela” klubundan transfer edilən Fiabian Buntiç bu gün Bakıya gələcək. 27 yaşlı oyunçu tibbi müayinədən uğurla keçsə, onunla 3 illik müqavilə bağlanacaq.
Müqavilənin bütün detalları bəlli deyil. Transfer dəyəri 600 min avro göstərilən oyunçu üçün “Qarabağ”ın nə qədər ödədiyi bilinmir. Bununla belə, qolkiper üçün xərcə düşüldüyü dəqiqdir. Çünki onun klubu ilə gələn ilin yayında bitəcək müqaviləsi var idi.
Buntiç Almaniya vətəndaşlığına da sahibdir. 2013-cü ildən “Ştutqart”da yetişən qapıçı bu komandanın U-19 komandasına kimi yüksəlib, 2016-da “İnqolştadt”a keçib. Aşağı dəstə klubunda 6 il keçirən Fabian, 2022-ci ildə “Vizela”ya yollanıb. Son mövsümdə bütün turnirlərdə 32 matça 62 top buraxan Buntiçin Xorvatiyanın U-18 və U-19 millilərində çıxış etdiyini də xatırladaq.
Nail Kəmərli ilə DİN məşğul olmalıdır? - Sosioloqun sözündən belə çıxır
Heyətindəki bir çox legionerləri məhz Portuqaliyadan gətirən “Qarabağ”ın bu seçimi hardasa gözlənilirdi. Amma Buntiçin yüksək liqanı 18 komanda arasında 17-ci olaraq tərk edən “Vizela”dan gəldiyini də unutmayaq. Sirli qutu olan Fabianın etimadı doğruldacağına ümid edirik.
“Qarabağ” daha bir qapıçı axtarışındadır. Gürcüstan millisi ilə Avropa çempionatına yollanan Luka Quqeşaşvili də ağdamlılardan ayrılmaq istəyir.
Xatırladaq ki, Ağdam təmsilçinin əsas qapıçısı Andrey Lunyov "Qarabağ"la yollarını ayırıb.
- Bakıda Türkiyə və İsrail arasında üçdən çox görüş olub...
- Putinə qarşı “Pautina”: Kreml və təbliğatçılar şokdadır...
- Nail Kəmərli ilə DİN məşğul olmalıdır? - Sosioloqun sözündən belə çıxır
- Trampın Azərbaycana göndərdiyi məktubda bu sözlər diqqət çəkdi
- "Baku Energy Forum"u başladı
- OPEK+ hasilatı artırır: Bakı üçün ciddi risk yarandı
- Dərs yükü ağır, imtahan çətin… - Ekspertlər təklif verdi
- Ceyhun Bayramov Keniyaya yola düşdü