Tətil zamanı turist ishali, qrip, hepatit A, tif və pnevmoniya kimi xəstəliklərdə artım müşahidə olunur.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, yoluxucu xəstəliklər üzrə mütəxəssis Elif Hakko bayram tətilini də sağlam şəkildə başa vurmaq üçün vacib məsləhətlər verib.
Həmin məsləhətləri təqdim edirik:
1. Tətildə allergiya, diabet, ürək və ya xərçəng kimi xəstəlikləri olanlar daha diqqətli olmalıdırlar. Müntəzəm olaraq istifadə etmələri lazım olan dərmanları qəbul etsinlər.
2. İshaldan qorunmaq üçün əllər tez-tez yuyulmalıdır.
3. Qapalı butulkalarda satılan suya üstünlük verilməlidir. Kran suyu və bu sudan hazırlanmış buz tərkibli içkilərdən çəkinmək lazımdır.
4. Gigiyena baxımından etibarlı olmadığı üçün qablaşdırmasız qidalara üstünlük verilməməlidir.
5. Dəniz məhsulları, bişməmiş ətlər, qabığı soyulmamış meyvələr, souslar və salatlar kimi potensial riskli qidalardan mümkün qədər uzaq durmaq lazımdır.
6. Hamilə qadınlar üçün ən uyğun səyahət vaxtı 3-6 ay arasındadır. Bu dövrdə tətilə gedənlər də ani hərəkətlərdən, suya tullanma və su xizəyi kimi fəaliyyətlərdən uzaq durmalıdırlar. Unutmasınlar ki, hamilə və uşaq əmizdirən qadınlar hər dərmanı asanlıqla istifadə edə bilmirlər. Ona görə də xəstələnməməyə daha çox diqqət etməlidirlər.
7. Nəqliyyat vasitələrində olarkən yaranan ürək bulanma və ya sonrasında baş verən “jet lag” da səyahətin keyfiyyətini aşağı sala bilər. Müəyyən dərmanlar qəbul etməklə bu vəziyyətlərin qarşısını ala bilərsiniz.
8. Xaricdə tətillər zamanı yerindən asılı olaraq lazımi peyvəndlər edilməlidir. Ən çox ağıla gələn infeksiyalar səyahətçi ishali, malyariya, sarı qızdırma, vəba, hepatit A və B, tif, pnevmoniya, qripdir. Peyvənd seçimi səyahət ediləcək ölkə, şəxsin immun statusu, əvvəlki peyvəndlər, baş verərsə infeksiyanın şiddəti və peyvəndin əks-təsirləri nəzərə alınmaqla həyata keçirilir.
9. Uzaq məsafəyə səfərlər zamanı uzun müddət hərəkətsizlik nəticəsində ayaqlarda laxtalanma tez-tez rast gəlinən problemdir. Bu vəziyyət xüsusilə yaşlılarda, ürək xəstəliyi və ya şəkərli diabeti olan insanlarda rast gəlinir və təhlükəli hal ala bilər. Odur ki, laxtalanma əleyhinə dərmanlarla bu halların qarşısı alınmalıdır.
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto