İddia edilir ki, DEVA, Səadət və Gələcək partiyaları birləşəcək və ona Türkiyənin 11-ci prezidenti Abdullah Gül rəhbərlik edəcək. Bununla yanaşı, daha bir kulis müzakirələri ortaya çıxıb.
Publika.az xəbər verir ki, Abdullah Gülün hazırki prezident Rəcəb Tayyib Ərdoğandan sonrakı dövrə hazırlaşdığı və şəxsən Ərdoğana zəng edərək məqsədini açıq şəkildə ifadə etdiyi iddia edilir.
Bildirilir ki, o, prezidentliyə namizəd olmaq planını da zəng zamanı Ərdoğana bildirib. Məlumata görə, TBMM növbədənkənar seçkilər haqqında qərar verməsə, Ərdoğan Konstitusiyaya görə yenidən namizəd ola bilməyəcəyi üçün Abdullah Gül AK Partiyanın da səsini almaq üçün namizəd olmaq istəyir.
Hakim Ədalət və İnkişaf Partiyasındakı mənbələr “partiya qura bilər, amma AKP-nin namizədi ola bilməz” deyərək xəbəri ciddiyə almadıqlarını bildiriblər.
- Bakıda sürücü avtomobili yolun ortasında saxladı - Video
- Şüvəlanda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Çingiz Əlioğlu vəfat etdi
- Tanınmış şair vəfat etdi
- Gözəl təşəbbüsdür: xüsusi məktəblər yaradılır, amma...
- Çimərliyə getmək istəyənlərin nəzərinə!
- Azərbaycanda iki vəkilə hökm oxundu
- Uzun fasilədən sonra ilk dəfə - Görüntüləri yayıldı+Video